Ukrayna Prezident Ofisi Moldovada baş verən proseslərə münasibət bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
“Rusiya Dnestryanı regionda sabitliyi pozmaq istəyir. Rusiya işarə edir ki, Moldova “qonaqları” gözləməlidir. Ukrayna sabah uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq. Amma Ukrayna bölgənin strateji təhlükəsizliyini mütləq təmin edəcək. Bunun üçün isə həmrəylik lazımdır”, - o deyib.