"Moldova hakimiyyəti Dnestryanı bölgədəki terror hücumunun məsuliyyətini tanınmayan respublikadakı daxili siyasi qüvvələrin üzərinə qoyur".
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu aperlin 26-da keçirilən Ali Təhlükəsizlik Şurasının iclasının yekununa dair brifinqdə bildirib.
“Regionda sabitliyi pozmaqda maraqlı olan müxtəlif qüvvələr arasındakı münasibət gərginlik yaradıb. Bu, Dnestryanı bölgənin zəifləməsinə və Moldova Respublikası üçün risklərin yaranmasına səbəb olur. Biz sülhü təhlükə altına alan bütün təxribatları və Moldovanın fəaliyyətə cəlb olunması üçün cəhdləri mühakimə edirik”, - o vurğulayıb.
M.Sandu Dnestryanı problemin Moldovanın ərazi bütövlüyü əsasında dinc yolla həllinin tərəfdarı olduğunu xatırladıb.
O, dövlət müəssisələrinin təhlükəsizliyinin gücləndirildiyini və hazırlıq səviyyəsinin artırıldığını deyib.
M.Sandu həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışığının planlaşdırılmadığını da söyləyib.
Qeyd edək ki, aprelin 25-26-da Dnestryanı bölgədə silsilə partlayış olub.