Belarusda Rusiyanın iştirakı ilə hərbi təlimlər başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 26-dan 29-dək Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında qərargah təlimləri keçiriləcək. Onlara Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Assosiasiyasının rəsmiləri cəlb olunacaq.
Xatırladaq ki, Belarusun qonşusu Latviyada NATO bölmələrinin iştirakı ilə “Namejs 2022” irimiqyaslı hərbi təlimlərinin yaz mərhələsi davam edir. Həmin hazırlıqlar aprelin ortalarında başlayıb və mayın 27-də başa çatacaq.