Türkiyə silahlı qüvvələri tərəfindən “Pəncə-Kilit” şərti adı altında aparılan növbəti antiterror əməliyyatı zaman iki türk əsgəri şəhid olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumata əsasən, əsgərlərdən biri bölgədə terrorçular tərəfindən atılan raket hücumu nəticəsində həlak olub. Hücum zamanı daha dörd əsgər yaralanıb.
Daha əvvəl yaralanaraq xəstəxanaya yerləşdirilən əsgərlərdən birini də xilas etmək mümkün olmayıb.
Nazirlik şəhidlərlə bağlı Türkiyə xalqına başsağlığı verib.
Xatırladaq ki, “Pəncə-Kilit” antiterror əməliyyatları İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində aparılır.