Rusiyanın prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə görüş keçirib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlar Mariupoldakı durumu da müzakirə ediblər. Putin bəyan edib ki, orada vəziyyət ağır olsa da, ərazidə hərbi əməliyyatlar aparılmır.
- Orada vəziyyət mürəkkəb və bəlkə də faciəvidir. Amma əslində sadədir. Mən bu gün Prezident Ərdoğanla danışdım. O dedi ki, orada hərbi əməliyyatlar gedir. Mariupolda hərbi əməliyyatlar yoxdur, onlar dayandırılıb, - Putin deyib.
Mariupoldakı vəziyyəti ağır adlandıran Quterreş isə qeyd edib ki, BMT Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə öz resurslarını səfərbər etməyə hazırdır.