NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə “The Guardian”ın məqaləsində bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: “Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur - “Report”) Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ qaubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.