Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan mayın 3-də yenidən bir araya gələcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, xüsusi nümayəndələrin budəfəki görüşü də Vyanada keçiriləcək.