Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib, 45 ukraynalı evinə qayıdıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk teleqram kanalında məlumat yayıb.
Əsirlikdən qayıdanlardan 13-ü zabit, 20-si əsgərdir. Onlardan 5-i isə yaralıdır. Həmçinin 12 mülki şəxs evinə qayıdıb.
Qeyd edək ki, müharibə başlayandan bəri Rusiya və Ukrayna bütövlükdə yeddi əsir mübadiləsi həyata keçirib. Ümumilikdə 300-ə yaxın ukraynalı evinə qayıdıb.