Ermənistanda əsgər hərbçi yoldaşı tərəfindən güllələnib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib.

Məlumata görə, hadisə dünən saat 19:20 radələrində baş verib. Belə ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.

Sanoyan xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: