Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Abluka" antiterror əməliyyatının yeddinci mərhələsi başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, əməliyyatın əsas məqsədi - Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.
Xüsusi təyinatlılar Tunceli vilayətinin rayonlarından birində axtarış əməliyyatı həyata keçirirlər. Fəaliyyət çərçivəsində 40 qrup tərkibində ümumilikdə 600-dən çox jandarma xüsusi təyinatlısı cəlb edilib.
Əməliyyatın ilk günü Buzlutəpə bölgəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların 5 sığınacağı aşkar edilib, oradan çoxlu sayda terror təşkilatına aid sənədlər ələ keçirilib.