Mayın 9-da Moldovada hərbi parad olmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu məlumat verib.
Prezident bildirib ki, mayın 9-da sadəcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.
"Mayın 9-da parad təşkil olunmayacaq. Mitinqlər, dinc tədbirlər, müharibədə həlak olanların xatirəsini ehtiramla yad etmək olar. Elə şeylər var ki, onlar hansı formada olursa olsun, anım formasında qəbul olunur”, - deyə dövlət başçısı əlavə edib.
9 May ilə bağlı milli təhlükəsizliyə təhdidlərin olub-olmaması ilə bağlı suala ölkə Prezidenti belə cavab verib: “Biz bu günlə bağlı planların elanlarını eşitmişik. Hüquq-mühafizə orqanları iş başında olmalı, asayişi qorumalıdır. Vəziyyəti pozmağa çalışanlar isə bilməlidirlər ki, cəzalandırılacaqlar”.