Şotlandiyada Viktoriya və Albert dizayn muzeyi açılıb

A- A A+

Şotlandiyanın Dandi vilayətində Viktoriya və Albert dizayn muzeyi (V&A Dundee) açılıb. Bina yapon memar Kenqo Kuma tərəfindən 80,1 milyon funt-sterlinqə hazırlanıb. Muzeyin cari ildə 500 min ziyarətçi cəlb etməsi gözlənilir. Yalnız bu həftəsonu altı min nəfər üçün muzeyə giriş pulsuzdur.

NUHÇIXAN xəbər verir ki, V&A Dundee Londonun Viktoriya və Albert muzeyinin yeganə filialıdır. O, bir çox eksponat və əlyazmalarla yanaşı, mebel, moda, memarlıq, mühəndislik və rəqəmsal dizaynı əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: