İstanbulda yanğın baş verib, ölən və yaralananlar var - VİDEO

A- A A+

İstanbulun Tuzla rayonunda yerləşən üçmərtəbəli boya fabrikində yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğını söndürmək mümkün olub, hazırda soyutma işləri aparılır.

İstanbul Valiliyindən hadisə ilə bağlı verilən açıqlamada bildirilib ki, yanğın baş verən zaman binada olan işçilərdən üçü ölüb, doqquzu yaralanıb. Daha üç nəfərin axtarışları davam edir.

Fabrikdən çıxan alov ətrafdakı iş yerləri və meşəlik ərazilərə sıçrayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: