Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 7 terrorçunu zərərsizləşdirib

A- A A+

Türkiyə ordusunun xüsusi təyinatlıları Suriyanın şimalında “Zeytun budağı” və “Sülh bulağı” əməliyyatları zonalarında Türkiyə hərbçilərinin mövqelərini atəşə tutan 7 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"Terrorçuların hücumları və atəşi cəzasız qalmır. Xüsusi təyinatlıların “Zeytun budağı” əməliyyatı zonasında keçirdiyi əməliyyatlar nəticəsində 6 PKK/YPG silahlısı zərərsizləşdirilib. “Sülh bulağı” əməliyyatı bölgəsində daha bir silahlı zərərsizləşdirilib", - deyə nazirlik qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: