Rusiyada əcnəbilərin ölkəyə girişi, çıxışı və ölkədə qalması qaydalarına düzəliş ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda bu sahədə yeni qanun qəbul ediləcək. Miqrasiya sahəsində beynəlxalq qanunları hərtərəfli öyrənəndən sonra müvafiq düzəlişlərin həyata keçiriləcəyini deyən D.Medvedev qeyd edib ki, indiki şəraitdə zərurət olmadan yeni müqavilələrin bağlanmasından çəkinmək lazımdır.