Böyük Britaniyada qaçqınlarla bağlı qanun layihəsi parlament tərəfindən qəbul edilib

A- A A+

Böyük Britaniyada qaçqınlara qarşı qanun layihəsi olaraq xarakterizə edilən “Vətəndaşlıq və Sərhədlər” haqqında Qanun parlamentin Lordlar palatasında qəbul edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi ölkəyə qeyri-qanuni yollarla daxil olmağa cəhd edən mühacirlərə həbs cəzasının verilməsini və onlara xəbər vermədən vətəndaşlıqdan məhrum olunması kimi müddəaları özündə əks etdirir. Lordlar Palatasında sözügedən qanun layihəsinin lehinə 212 səs verilib və qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bu qərarın müharibə və təqiblərdən qaçanlara yeni həyat şansı verən beynəlxalq sistemi əhəmiyyətli dərəcədə zəiflədə biləcəyini söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: