Dünyanın ilk 3D körpüsü

A- A A+

Müasir dövrdə hətta evlər 3D printerlərdən istifadə etməklə yaradılır, lakin “BAM İnfra” şirkəti daha da irəli gedərək körpü çap edib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, Niderlandın cənubundakı Gemert şəhərində 3D printerlərdən yararlanmaqla inşa edilən körpü 8 metr uzunluğunda olmaqla 800 qat dəmir-betondan ibarətdir və 40 yük maşını ağırlığına tab gətirə bilir. Lakin yalnız piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.

Körpü Eyndhoven Texnologiya Universitetinin laboratoriyasında 3 ay ərzində çap edilib və dünyanın ilk 3D körpüsü hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: