Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində yerləşən Cudi dağı bölgəsində həyata keçirdiyi “Eren Abluka-5” antiterror əməliyyatında yaralanan iki hərbçisindən biri İsmail Can Akdeniz şəhid olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı daxili işlər naziri Süleyman Soylu paylaşıb.
Bildirilir ki, şəhid hərbçi və onun yaralanan digər silahdaşı daxili qoşunlarda xidmət ediblər. Hər iki qəhrəman terrorçularla atışmada yaralanmışdı.