Türk Hava Yollarının Qaziantep-İstanbul reysini həyata keçirən təyyarə təcili eniş edib.
NUHÇIXAN İnformasiya Agentliyi "Haber Global"a istinadən xəbər verir ki, layner havaya qalxdıqdan qısa müddət sonra ildırım düşüb.
Bu səbəbdən təyyarə Adanada eniş etməyə məcbur olub.
Təhlükəsiz yerə enən təyyarədəki sərnişinlərin böyük təşviş içərisində olduğu bildirilir.