Türkiyə Silahlı Qüvvələri PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində daha 19 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçulardan üçü “Sülh çeşməsi”, 16-sı isə “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.
Onların Türkiyə Ordusunun hərbçilərinə qarşı terror aktı planlaşdırdığı müəyyən edilib.
Suriya ərazisində aparılan bu əməliyyatlar davam edir.