Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya təxminən 23 500 hərbçisini itirib. Həmçinin 84 qanadlı raket, 2 471 zirehli döyüş maşını, 1 026 tank, 450-dən çox artilleriya sistemi, 192 təyyarə, 155 helikopter vurulub.

Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: