Böyük Britaniya 8 min hərbçi ilə Avropada bir sıra təlimlər keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, NATO qüvvələri ilə təşkil olunacaq bu təlimlərin Finlandiya, Polşa, Estoniya və Şimali Makedoniyanı əhatə edəcəyi bildirilib. Britaniya Müdafiə Nazirliyi təlimlərə NATO müttəfiqləri və tərəfdaşlarından 10 minlərlə əsgərin də qatılacağını vurğulayıb.
Birləşmiş Krallığın zirehli alayı təlimlərdə iştirak etmək üçün artıq Finlandiyaya göndərilib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Avropanın təhlükəsizliyinin heç vaxt bu qədər vacib olmadığını söyləyib.