Türkiyənin Adıyaman vilayətində yağan güclü yağış və sel böyük fəsadlar törədib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, güclü sel nəticəsində məktəblərdən birinin həyətində olan ən azı 20 avtomobil su altında qalıb.
Seldən xilas olmaq üçün məktəb binasına sığınan iki köməksiz qadın xilas edilib.
Su altında qalan avtomobillərin çıxarılması üçün tədbirlərə başlanılıb.