Mariupoldakı “Azovstal”dan mülki əhalinin təxliyəsinə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Mariupoldakı “Azovstal”dan mülki əhalinin təxliyəsinin başlandığını təsdiqləyib.
Dövlət başçısı qeyd edib ki, ilk 100 nəfər artıq Ukrayna hərbçilərinin nəzarətində olan əraziyə aparılıb.
V.Zelenski “Azovstal”dan təxliyə edilənlərin Zaporojyeyə göndəriləcəyini bildirib, həmçinin BMT əməkdaşları ilə birlikdə zavodun ərazisindən mülki şəxslərin xilas edilməsi işlərində iştirak edən Ukrayna komandasına təşəkkür edib.