Mayın 1-də axşam saatlarında Gürcüstanın Kvemo Kartli bölgəsində güclü zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla 23:25-də, 5,3 bal gücündə olub.
Yeraltı təkanların episentri Dmanisi rayonunun Yırğançay kəndi ərazisində olub.
Zəlzələ paytaxt Tbilisi və digər rayonlarda da hiss olunub.