Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu siyasətçi feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb.
Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.