NUHÇIXAN İnformasiya Agentliyi “İnterfaks”a istinadən xəbər verir ki, Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-dək nümayişçini saxlayıb.
“İndiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər saxlanılıb”, - polis nümayəndəsi Edqar Canoyan deyib.
Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.