İsrail xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovu yəhudilərlə bağlı sözlərinə görə sərt tənqid edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə israilli diplomat tviterdə paylaşım edib.
“Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamaları həm bağışlanmaz və qəbuledilməz, həm də dəhşətli tarixi səhvdir. Yəhudilər Holokostda öz-özlərini öldürməyiblər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsi yəhudilərin özlərini antisemitizmdə ittiham etməkdir”, - nazir bildirib.