Mayın 12-də Finlandiya NATO-ya üzvlüklə bağlı qərar qəbul edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin Baş naziri Saana Marinin də Finlandiyanın NATO-ya üzvlüyə tərəfdar olduğu bildirilir. Parlament hərbi alyansa üzvlüklə bağlı ərizə verməli olduğunu açıqlayacaq.
Xatırladaq ki, daha əvvəl NATO-ya üzvlüklə bağlı qərarın mayın 14-ü qəbul ediləcəyi bildirilirdi.