Məkkədəki Böyük məsciddə pandemiya fasiləsindən sonra ilk kütləvi bayram namazı qılınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müqəddəs Kəbə ətrafındakı Məkkə Böyük məscidində ikiillik pandemiya fasiləsindən sonra minlərlə möminin iştirak etdiyi ilk kütləvi bayram namazı qılınıb.
Ramazan bayramının başlaması ərəfəsində qılınan namazda Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman iştirak ediblər. İbadətə gələnlərin sırasında Ümrə ziyarətinə gələn çoxlu sayda əcnəbi də olub.
Bayram namazı, həmçinin Mədinədəki Peyğəmbər və İslamın birinci ibadət məkanı olan Ğuba məscidlərində də qılınıb. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, krallığın uyğun strukturları qarşıdan gələn və postpandemiya dövründə kütləvi olaraq keçiriləcək Həcc ziyarətinə hazırlıq görür.