Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Avropa Komissiyasının anketinə cavabı təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili "Twitter"də bildirib.
"Anketi Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzellə təqdim etməkdən qürur duyuram. Beləliklə, biz ölkəmizin inteqrasiyası yolunda mühüm mərhələyə qədəm qoyduq. Mən əminəm ki, gürcü xalqı ali məqsədinə çatmaqda uğur qazanacaq", - Baş nazir bildirib.