Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkatının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.
Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.
Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb.
Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.