Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Emmanuel Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub. Rusiya Prezidenti BMT-nin baş katibi Antoniu Quttereş ilə görüşünün nəticələri barədə qarşı tərəfə məlumat verib, Rusiyanın Ukrayna ilə danışıqlara açıq olduğunu bildirib.
E.Makron qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında problemlərdən narahatlıq ifadə edib. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.