Ukraynanın Lvov şəhəri mayın 3-də raket hücumuna məruz qalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovıy Telegram səhifəsində məlumat verib.
Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Raket zərbələrindən sonra şəhərin bəzi rayonlarına elektrik enerjisinin verilişi dayanıb.
Rusiya qoşunları, həmçinin Lvov vilayəti ərazisinə də raket zərbələri endirib.
Bu barədə Lvov Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.
Lvov şəhəri və vilayətinə endirilən raket zərbələri nəticəsində ölən və xəsarət alanların olub-olmadığı araşdırılır.
Bundan başqa Vinnitsa vilayəti ərazisinə də raket zərbələri endirilib, güclü partlayışlar qeydə alınıb. Dnepropetrovsk vilayətinə isə edilən raket hücumları havada zərərsizləşdirilib.