Ukraynada yanacaq daşıyan maşın avtobusla toqquşub, 27 nəfər ölüb

A- A A+

Mayın 3-də Roven vilayətində avtobus və yanacaq daşıyan maşın toqquşub. Ağır yol qəzası nəticəsində 27 nəfər ölüb, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Hadisə saat 19:30 radələrində Kiyev-Çop avtomobil yolunda baş verib. İlkin məlumata görə, yanacaq daşıyan yük maşını beynəlxalq daşımaları həyata keçirən avtobusla toqquşub. Toqquşmadan sonra yanğın baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: