Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK/YPG terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub. Terrorçular tərəfindən açılan raket atəşi nəticəsində yaralanan əsgər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumdan sonra müəyyən edilən terror hədəfləri Türkiyə hərbçiləri tərəfindən atəşə tutulub. İlkin məlumata görə, 24 terrorçu zərərsizləşdirilib.
Suriya ərazisində aparılan bu əməliyyatlar davam edir.