“Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
“ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər. Bildirirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materiallar gətirən istənilən nəqliyyat vasitəsi məhv etməyimiz üçün qanuni hədəf hesab olunur”, - o söyləyib.