Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, prosesin hətta əks istiqamətə yönəldiyini ehtimal etdiyini deyib.
Kremlin nümayəndəsinin sözlərinə görə, rəsmi Kiyev öz mövqeyini hər gün dəyişir, bu isə danışıqlar prosesinin nəticə verəcəyinə əminlik yaratmır.