Böyük Britaniya Rusiya ilə Ukrayna arasında davam edən müharibədə Rusiyaya qarşı sanksiyalarını artırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Böyük Britaniya xidmət sektorunda Rusiyaya ixraca qadağa qoyarkən sanksiya siyahısına 63 şəxs və təşkilat əlavə edib.
Britaniya hökuməti qəbul edilən yeni qərarlarla Rusiyanın Krallığın idarəçilik konsaltinq, mühasibatlıq və PR xidmətlərinə çıxışının kəsiləcəyini açıqlayıb.