Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 221 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 629-a çatıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Bildirilib ki, Rusiya hərbi qüvvələrinin gündəlik bombardmanı və atəşi nəticəsində 1 584 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 118-i tamamilə dağılıb.
Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.