Polis Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda 180 nəfəri saxlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Müqavimət” Hərəkatının liderlərindən biri İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən 40-ı İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Bundan başqa, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiya iştirakçılarından biri vəfat edib. O, paytaxtdakı Fransa meydanında qurulan çadırda gecələyirmiş.
İrəvan Dövlət Tibb Universitetinin Aparat rəhbəri Şuşan Danielyan piket iştirakçısının ürəktutmasından öldüyünü açıqlayıb.