Ukraynada “Azovstal” zavodundan insanların təxliyəsi üzrə əməliyyatlar bu gün də davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident ofisinin rəhbəri Endrey Yermak özünün Teleqram kanalında məlumat verib. “Bu dəqiqələrdə bizim insanların “Azovstal”dan xilas olunmasının növbəti mərhələsi davam edir. Nəticələr barədə informasiya veriləcək”, - deyə o qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən verdiyi məlumata əsasən, həftə ərzində “Azovstal” zavodundan 150 nəfərə yaxın, Mariupoldan və onun ətrafından isə 300-dən çox insanı təxliyə etmək mümkün olub. BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, Birləşmiş Millətlər Təşkilatının əməliyyatları sayəsində Mariupoldan ümumilikdə 500 nəfərə yaxın insan təxliyə edilib.