Özbəkistan Sərhəd Xidmətinin əməkdaşları sərhəddə üç Qırğızıstan vətəndaşını güllələyib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Cəlalabad vilayətinin Ala-Buka rayonu istiqamətində Qırğızıstan-Özbəkistan dövlət sərhədində Özbəkistan Respublikasının sərhədçiləri üç Qırğızıstan vətəndaşına qarşı odlu silahdan istifadə edib. Yaralılar Ala-Buka rayonundakı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Qırğızıstan Sərhəd Xidmətinin nümayəndəsi özbəkistanlı həmkarı ilə görüşüb və “xidməti təhqiqatın nəticələrinə əsasən təmasların davam etdirilməsi” barədə razılıq əldə olunub.