Türkiyə xəstəxanalarında tətbiq olunan PCR test tələbi ləğv olunub

A- A A+

Türkiyənin səhiyyə müəssisələrində COVID-19-a qarşı tətbiq olunan PCR test tələbi ləğv edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən qəbul edilən yeni qərar ölkə xəstəxanalarına göndərilib. Rəsmi məktubda qərarın yoluxma sayı, peyvənd nisbəti, dərman istifadəsi kimi amillər nəzərə alınaraq qəbul edildiyi bildirilib.

Yeni qərar xəstəxanalara yerləşdirilmə, stasionar müalicə, gündəlik müayinə və əməliyyatlar olmaqla bütün tibbi prosedurları əhatə edir.

Qeyd edək ki, Türkiyənin Sosial Müdafiə Təşkilatı tərəfindən aprelin 21-dən etibarən ölkənin tibb müəssisələrində koronavirus xəstələrinin izolyasiya edilməsi dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: