Viktor Orban Rusiyaya qarşı neft embarqosunu atom bombası ilə müqayisə edib

A- A A+

Artıq məlum olduğu kimi, bu gün Avropa Komissiyası Rusiyaya qarşı neft embarqosunun doqquz ay ərzində mərhələli şəkildə tətbiq olunması barədə qərar qəbul edib. Bundan əvvəl Brüssel Macarıstanın və Slovakiyanın Rusiya neftindən çox ciddi asılı olmasını nəzərə alaraq onları embarqoya qoşulmaq öhdəliyindən azad edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün Avropa Komissiyasının embarqonun doqquz ay ərzində tətbiq olunması barədə sonuncu qərarı ilə bağlı tənqidi fikir söyləyib. Orban Rusiyanın enerji resurslarına embarqo qoyulmasını atom bombası ilə müqayisə edib. Onun sözlərinə görə, Rusiya Federasiyasından alınan neftdən imtina etmək üçün doqquz ay deyil, təqribən 5 il vaxt lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: