Türkiyədə yanan meşəlik ərazilər yenidən yaşıllaşdırılıb - FOTOLAR
Türkiyənin Meşəçilik Baş İdarəsi ölkənin Egey və Aralıq dənizi bölgələrində müxtəlif illərdə baş verən meşə yanğınlarında zərər görən ərazilərin əvvəlki və hazırkı görüntülərini ictimaiyyətə təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şəkillərdə ölkənin müxtəlif vilayətlərində 13 rayonun meşəlik ərazilərinin görüntüləri yer alıb. Ötən bir neçə il ərzində əsasən, Türkiyənin Dənizli, Muğla, İzmir, Çanaqqala, Balıkesir, Kütahya və Antalya vilayətlərinin fərqli bölgələrində irimiqyaslı meşə yanğınları baş verib. Hazırkı şəkillərdə bu ərazilərin yenidən yaşıllaşdığını görmək mümkündür.
Təxminən 2000-ci ildən indiyədək adıgedən bu ərazilərdə baş verən meşə yanğınları zamanı altı min hektardan çox ərazi yanaraq kül olub. Bu yanğınların bəziləri doqquz günədək davam edib. Sonradan bu bölgələrə 9 milyona yaxın ting və meşə toxumu əkilib.