Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib, 41 ukraynalı evinə qayıdıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk teleqram kanalında məlumat yayıb. Əsirlikdən qayıdanlardan 28-i hərbçi, 13-ü isə mülki şəxsdir. Azad olunanlardan 11-nin qadın olduğu bildirilib.