BMT Təhlükəsizlik Şurası müharibə başlayandan bəri ilk dəfə Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanat qurumun iclasında təsdiqlənib. Sənəddə bildirilir ki, Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir. Bəyanatda BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə dəstək ifadə edilib.