Özünü xuliqan kimi aparan bütün polis əməkdaşları hüquq-mühafizə orqanları sistemindən qovulacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan bildirib.
“Biz İrəvanı dörd istiqamətdə iflic etdik, polis qanuna hörmət etmək əvəzinə, onu ən kobud, xuliqan, təkəbbürlü şəkildə pozdu. Və praktikada hər şey necə oldu? İstədiyimiz nəticəni tam şəkildə əldə edə bildik”, - o bildirib.