Tviter kompaniyasının səhmdarı İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadla məlumat yayıb. Məlumatda bidirilib ki, Mask 2028-ci ilə qədər tviterin illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub. Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.
Sahibkar, həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını - 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Eyni zamanda Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.